Termorequlyasiya

Termorequlyasiya - ətraf mühitin temperaturunun fərqli olmasına baxmayaraq canlı orqanizmlərin bədən istiliyini müəyyən sərhədlərdə saxlamaq qabiliyyətidir. Termorequlyasiya mərkəzi beynin hipotalamus adlanan hissəsində yerləşir. Hipotalamus termorequlyasiya üçün ən vacib orqanlar, yəni böyrəküstü vəzlər və qalxanabənzər vəzlərilə sıx əlaqədə olan endokrin sistem proseslərini idarə edir. Belə ki , ətraf mühitin temperaturu azaldıqda maddələr mübadiləsini sürətləndirən qalxanabənzər hormonların ifrazının artması nəticəsində istilik istehsalı artır.

Termorequlyasiya sisteminin məqsədi bədən temperaturunun sabit saxlanılmasını təmin etməkdir , belə ki, hipotermiya zamanı (bədən temperaturunun normadan aşağı olması) istilik istehsalını artırmaq və istilik sərfini azaltmaq, hipertermiya (bədən temperaturunun normada artıq olması) zamanı isə bunun əksi olaraq ətraf mühitlə istilik mübadiləsini artırmaq və istilik istehsalını azaltmaqdır.

Bu proses heyvan orqanizmini, daxili mühit ilə xarici mühit arasındakı dəyişikliklərə baxmayaraq tarazlıq vəziyyətində saxlayır və homeostazın aspektlərindən biridir. Zoologiyada bu cür prosesləri öyrənən elm sahəsi ekofiziologiya və ya fizioloji ekologiya adlanır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search